26 oktyabr 2012 11:33
Vladimir Dyadyun: Neftçi heç nə ilə təəccübləndirmədi
Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Vladimir Dyadyun Azərbaycan çempionu “Neftçi” üzərindəki qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Neftçi” heç də pis komanda deyil. Qol vəziyyətləri yaratmağa çalışırdılar. Heç də müdafiədə oturmaq istəmirdilər. Bir neçə dəfə qapımız qarşısında təhlükəli vəziyyət də yaratdılar. Amma başqa heç nə ilə təəccübləndirə bilmədilər”.
