26 oktyabr 2012 11:42
Neftçinin oyunu təxirə salına bilər
Topaz Premyer Liqasının 10-cu turunun “Rəvan” – “Neftçi” matçı təxirə salına bilər. Azerisport.az xəbər verir ki, qarşılaşmanın təxirə salınmasında “ağ-qaralar” maraqlıdı.
Ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inin qonağı olan paytaxt təmsilçisi görünür “Rəvan”la görüşə tam bərpa olmağın mümkün olmamasından çəkinir. Həm də sözügedən qarşılaşma süni örtüklü meydanda keçiriləcək ki, bu da “Neftçi”ni çəkindirə bilər. Bu üzdən də son ölkə çempionu qarşı tərəfdən görüşün təxirə salınmasını xahiş etməyə hazırlaşır.
Qeyd edək ki, “Rəvan” – “Neftçi” matçı oktyabrın 28-də “Bayıl Arena”da keçirilməlidi. “Neftçi”nin geridə qalan 9 turda daha 3 matçının təxirə salındığını da xatırladaq.
