26 oktyabr 2012 00:15

Derbi ilə start, derbi ilə son

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun qarşılaşmaları üç gün ərzində keçiriləcək.
 
Tur prinsipial bir görüşlə start götürəcək. Cari mövsümdə heç cür öz oyununu tapa bilməyən “Bakı” paytaxt derbisində “İnter”i qəbul edəcək. “Bankirlər” rəqibindən fərqli artıq qələbələri sıralamağa başlayıb və ikinci pillədə gedir. Kaxaber Tsxadadzenin komandası səfər matçından ən azı bir xalla dönməyi hədəfləyib. Bojidar Bandoviçin komandasını isə yalnız qələbə qane edə bilər. “Zolaqlılar” yalnız 3 xal qazanacaqları halda turnir cədvəlinin alt pillələrindən yaxa qurtara bilərlər.
 
Daha bir maraqlı qarşılaşma cari mövsümün əsas sürprizinə çevrilən “Simurq”la AZAL arasında keçiriləcək. Son oyununda yeni mövsümdəki ilk məğlubiyyətinə üzülən Zaqatala klubu doğma divarlar arasında keçiriləcək görüşdə “İnter”ə yenilgini unutdurmağı hədəfləyib. Mövsümə çox yaxşı başlamasına baxmayaraq, AZAL da son turlarda özünə bənzəmir. “Təyyarəçilər” “Xəzər Lənkəran”a məğlubiyyətin ardından gözlənilmədən “Turan”a da uduzub. Odu ki, Vaqif Sadıqovun komandası uğursuz gedişata Zaqatalada son qoymağı hədəfləyib. Liderlə çətin səfər matçında ən azı bir xal da bakılılar üçün uğurlu sayıla bilər.
 
İlk oyun gününün son matçında “Kəpəz”lə “Sumqayıt” üz-üzə gələcək. Mövsümün əsas autsayderlərinin görüşündə Gəncə klubu favorit sayıla bilər. Çünki Mahmud Qurbanovun komandası rəqibini doğma meydanda qəbul edəcək. Amma Bernard Raabın yetirmələri bəzən səfərdə də yaxşı oyunları ilə yadda qalır və sürprizə imza atması istisna deyil.
 
İkinci oyun günündə “Qəbələ” “Turan”ı qəbul edəcək. Ramiz Məmmədovun gəlişindən sonra hələ də qələbə sevinci yaşaya bilməyən qəbələlilər doğma divarlar arasında nəhayət bu həsrətə son qoymağı hədəfləyiblər. Əfqan Talıbovla çıxdığı ilk oyununda AZAL üzərində qələbə qazanan Tovuz təmsilçisi isə səfərdə keçirəcəyi görüşdə də uğurlu siftə istəyindədi.
 
Günün daha maraqlı görüşü Lənkəranda baş tutacaq. Burda qeyri-sabit çıxışı ilə diqqət çəkən “Xəzər Lənkəran” “Qarabağ”ı qəbul edəcək. Doğma meydan amili lənkəranlılar üçün əsas üstünlüklərdən sayıla bilər. Amma sonuncu “Qəbələ” ilə oyunda bu, Yunis Hüseynovun komandasına o qədər də yardım etmədi. Bu dəfə necə olacağı maraq doğurur. Qurban Qurbanovun yetirmələri liderlər qrupunda möhkəmlənmək üçün çətin səfərdən qələbə ilə qayıtmağa borcludu. “Ağ-yaşıllar” isə mümkün qələbə sayəsində bir neçə pilləlik irəliləyişə nail ola bilər.
 
Nəhayət, 10-cu tura bazar günü baş tutacaq “Rəvan” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Paytaxt derbisində əsas favorit şübhəsiz ki, son ölkə çempionudu. Amma “aslanlar” da turnir cədvəlindəki vəziyyətlərini yaxşılaşdırmaq üçün xal və ya xallar qazanmağa borcludu. Komandalar arasında səviyyə fərqi olsa da, qarşılaşmanın maraqlı keçəcəyini proqnozlaşdırmaq olar.
 
Topaz Premyer Liqası
10-cu tur
26 oktyabr (cümə)
 
“Bakı” – “İnter”
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Nüvər Xasıyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
 
“Simurq” – AZAL
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabbarov
Zaqatala şəhər stadionu, 18:00
 
“Kəpəz” – “Sumqayıt”
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu, 16:00.
 
27 oktyabr (şənbə)
 
“Qəbələ” – “Turan”
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu, 16:00
 
“Xəzər Lənkəran” – “Qarabağ”
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Kərim Ağayev
Lənkəran şəhər stadionu, 16:00
 
28 oktyabr (bazar)
 
“Rəvan” – “Neftçi”
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. Bayıl Arena, 15:30.
 
1 Simurq 9 5 3 1 11 3 +8 18
2 Inter 8 4 3 1 8 4 +4 15
3 Qarabağ 9 3 5 1 12 9 +3 14
4 AZAL 8 3 3 2 13 8 +5 12
4 Neftçi 6 4 0 2 13 7 +6 12
6 Qəbələ 9 2 4 3 9 11 –2 10
6 Sumqayıt 9 3 1 5 9 17 –8 10
6 Turan 9 3 1 5 9 13 –4 10
9 XL 8 2 3 3 10 8 +2 9
9 Rəvan 9 2 3 4 8 12 –4 9
11 Bakı 7 1 5 1 7 6 +1 8
12 Kəpəz 9 2 1 6 7 18 –11 7
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benouahi (AZAL), Nikolas Kanales (Neftçi), Juan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.