26 oktyabr 2012 00:23

Böyükağa Hacıyev: Təkcə Rondonun qiyməti Neftçinin ilyarımlıq büdcəsinə bərabərdi

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasında Rusiya “Rubin”inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra öncə bunları dilə gətirib:
 
“Hələ dünən də demişdim ki, biz müdafiə haqda düşünməyəcəyik. Meydan sahibləri də çoxlu hücumlar edirdilər. Amma ələ düşən imkanları dəyərləndirə bilmədilər. Bizim üçün Avroliqanın qrup mərhələsi böyük təcrübədi. Çünki heyətimizdə çoxlu gənc futbolçular var. Ona görə də oyuna ehtiyatlı başladıq. Əgər bizim də avrokuboklar təcrübəmiz çox olsaydı, “Neftçi” tam başqa cür oynayardı. Amma “Rubin”ə Bakıda çətin olacaq”.
 
“Futbolçular robot deyil, canlı insanlardılar. Flavinyo bütün il boyu yaxşı oyunuyla seçilir. Ona görə də bir oyunla onu tənqid etmək düzgün olmazdı. Bu gün onun meydandakı yerini dəyişəndən sonra daha yaxşı oynamağa başladı. O, həqiqətən də yaxşı futbolçudu. Bahodir Nasimov uzun müddətdi zədə səbəbindən oynaya bilmir. Mənə demişdilər ki, sentyabrda o, sıraya dönəcək. Bu üzdən yeni hücumçu almağın mənasız olduğunu düşündüm. Çünki yeni futbolçuya uyğunlaşmaq üçün də vaxt lazım idi. Həmin vaxta qədər də Avropa Liqası başa çatmış olardı”  deyə, Hacıyev sözlərinə davam edib.
 
"Neftçi"nin çalışdırıcısı daha sonra bunları söyləyib: “Rubin” varlı klubdu. Əgər kimsə “Neftçi”ni daha varlı klub sayırsa, bu, elə deyil. Elə təkcə Rondon 10 milyon dollardı. Bu isə “Neftçi”nin ilyarımlıq büdcəsinə yaxındı. Pul olan yerdə işləmək də çətin olmur. Azərbaycanda bizim əsas rəqibimiz “Xəzər Lənkəran”dı. Ötən mövsüm “Neftçi” onlara avtoqolla məğlub olanda Mirça Rednik demişdi ki, mənim komandamı onun nənəsi də məğlub edə bilərdi. Onun bu sözü məni çox təsirləndirdi. Bundan bir qədər sonra isə biz onları 5:0 hesabıyla məğlub etdik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.