27 oktyabr 2012 13:06
Qarabağ Xəzər Lənkərandan səfərdə 3 xal alacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 10-cu turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçı necə başa çatacaq sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Sorğuya qatılanların demək olar ki, tən yarısı “Qarabağ”ın qalib gələcəyini düşünür. Respondentlərin 50 faizi (114 səs) məhz bu varianta səs verib.
“Xəzər Lənkəran”ın qalib gələcəyini proqnozlaşdıranlar 37 faiz (84 səs) təşkil ediblər.
Yerdə qalan 13 faiz isə (29 səs) heç-heçə olacağı qənaətindədi.
