27 oktyabr 2012 16:46
“Neftçi ilə oyunda komandanın qarşısına yalnız qələbə qazanmaq hədəfi qoymuşam”
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 10-cu turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz Azərbaycanın ən yaxşı komandası ilə oynamalıyıq. Rəqibimiz Kazanda çox ağır oyun keçirib. Amma bunun bizim üçün üstünlük olduğunu düşünmürəm. Onların bizə qarşı oynayacaq başqa futbolçuları da var. İstənilən halda bakılılara qalib gəlməyimiz çox çətin olacaq. Lakin komandanın qarşısına məhz bu hədəfi qoymuşam. Bu görüşə yaxşı hazırlaşmışıq. Heyətimizdəki yeganə itki Fransis Bosmanın yoxluğudu. O, bu görüşü sarı vərəqə limitini aşdığı üçün buraxmalı olacaq”.