27 oktyabr 2012 17:48
Paytaxt derbisində Neftçi qələbə qazandı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatında 10-cu tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Son çempion “Neftçi” səfərdə “Rəvana”la qarşılaşıb. Paytaxt derbisindən “ağ-qaralar” qalib ayrılıb.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Əvəzedicilərin çempionatı
10-cu tur
27 oktyabr (şənbə)
Rəvan – Neftçi – 1:2
Qollar: Rüfət Cəlilov, 88 - Fəhmin Muradbəyli, 47, Cavid Muxtarzadə, 84.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Əli Məmmədov, Kənan Məlikov
Bakı. Bayıl Arena.
1
9
9
0
0
30-8
27
