27 oktyabr 2012 18:19
Yunis Hüseynov: Qarabağla oynamaq həmişə çətindi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 10-cu turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox ağır oyun keçdi. Hər iki komanda əla oynadı. Meydana 3 xal qazanmaq əzmi ilə çıxmışdıq. Buna da nail olduq. “Qarabağ”la oynamaq həmişə çətindi. Bu gün də əzmkar oyun göstərdilər. Qarşıda səfər oyunumuz var. Artıq həmin oyuna hazırlaşacağıq”.
