27 oktyabr 2012 18:24
Qurban Qurbanov: Havanın əlverişsiz olması oyunumuza təsir etdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Xəzər Lənkəran” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Vacib 3 xal qazandılar. Oyundan öncə heyətdə ciddi itkilərimiz var idi. Lakin komandadan razı qaldım. Bu oyunu unudub qarşıdakı oyuna hazırlaşacağıq. Havanın əlverişsiz olması da oyunumuza təsir etdi”.
