27 oktyabr 2012 18:28
“Üstünlük tamamilə Qəbələdə olsa da, qələbəni biz qazandıq”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 10-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bugünkü oyun mübarizə şəraitində keçdi. Üstünlük tamamilə “Qəbələ”də olsa da, qələbəni biz qazandıq. Sona kimi mübarizə apardıqları üçün komandaya minnətdaram”.
