27 oktyabr 2012 18:36
“Turana məğlubiyyətin əvəzini Qarabağ və Neftçidən çıxmağa çalışacağıq”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 10-cu turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunda tam üstünlüyə malik olsaq da, qalib gələ bilmədik, Hava şəraitinin əlverişsiz olması ötürmələrdə öz təsirini göstərirdi. “Turan”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu, oyundur, hər şey ola bilər. Qarşıda “Qarabağ” və “Neftçi” ilə çətin oyunlarımız var. Bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.
