27 oktyabr 2012 09:51
“Qələbə qazanmaq üçün əlimizdən gələni etdik”
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan – İslandiya oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 1:2 hesablı məğlubiyyətini Qasımov belə şərh edib:
“Təəssüf ki, oyunun başlanğıcı bizim üçün uğursuz oldu – birinci dəqiqədə qol buraxdıq. Təbii ki, bu, oyunumuza təsirsiz ötüşmədi. Bununla belə, komandamızın pis oynamadağını deyə bilərəm. Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm. İki epizodda rəqibimizin qapısına penalti təyin olunmalı idi. Lakin hakim bunu etmədi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, alınmadı”.
