27 oktyabr 2012 09:35
Aslan Kərimov: Flavinyo Neftçidə liderliyi üzərinə götürə bilmir
Azərbaycanın veteran futbolçusu Aslan Kərimov ölkə çempionu “Neftçi”nin legionerlərinin çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Flavinyo Azərbaycan çempionatında yaxşı oyun göstərir. Amma avrokuboklarda o, özünə bənzəmir. “Rubin”lə səfər oyununda da o, görünmürdü. O, “Neftçi”də liderliyi üzərinə götürə bilmir. Kazanda komandanın oyunu pis alınmadı. Hər halda rəqibin səviyyəsini də nəzərə almaq lazımdı”.