27 oktyabr 2012 17:56

Xəzər Lənkəran Qarabağa qalib gəldi, Qəbələ Turana uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 10-cu turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
 
“Qəbələ” doğma meydanda “Turan”la münasibətlərinə aydınlıq gətirib. Ektremal hava şəraitində baş tutan görüşdə gözlənilməz nəticə qeydə alınıb. Belə ki, tovuzlular çətin səfərdə Əfqan Talıbovun rəhbərliyi altında ardıcıl ikinci qələbəyə seviniblər.
 
Günün daha çox maraq doğuran görüşü isə “Xəzər Lənkəran”la “Qarabağ” arasında keçirilib. Bu oyunda da meydan sahibləri qələbəyə sevinən tərəf olublar.
 
Topaz Premyer Liqası
10-cu tur
27 oktyabr (şənbə)
 
QƏBƏLƏ – TURAN - 0:1 (0:0)
Qol: A.Rukavina, 59 (0:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
5. "Qəbələ" oyuna daha fəal başlayıb
8. R.Abdullayevin zərbəsi qapıdan azca yan keçir
10. Oyun güclü yağış altında keçirilir
20. Meydan sahibləri tam üstünlüyə malik olsa da, qol vurmaqda çətinlik çəkirlər
25. "Turan" isə inamla müdafiə olunur və yalnız əks-hücumlara bel bağlayır
28. Kamanan qapıçı ilə üz-üzə qalsa da, Popoviç qonaqları real qoldan xilas edir
29. Oyunda ilk sarı vərəqə M.Ağakişiyevə qismət olur
31. Yaxın məsafədən qapını dəqiq nişan ala bilməyən Kamanan topu fitdən sonra yerə vurduğu üçün sarı vərəqə ilə cəzalanır
32. "Turan"ın korner vuruşu qol gətirmir
35. Çertoqanovun uzaqdan zərbəsi tirə dəyərək, meydandan çıxır
38. E.Günlünün təhlükəli cərimə zərbəsini rəqib qapıçı çətinliklə də olsa, qaytara bilir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Hazırda Qəbələdə yağış daha da güclənib və futbol oynamaq çox çətinləşib. Lakin hələ ki, hakimlər oyunu davam etdirirlər
56. "Turan"da M.Ağakişiyevi S.Ballo əvəzləyir
57. Ballo meydana çıxan kimi komandasına penalti qazandırır
59. Rukavinanın penalti zərbəsini qapıçı dəf etsə də, o, təkrar vuruşla hesabı açır - 0:1
61. D.L.Kruzun əvəzində meydana R.Əmiraslanov çıxır
63. A.Salmanov qısa fasilə ilə "Turan"ın da qapısına penalti təyin edir
63. Lakin Kamanan penaltini qapının üstündən vurur
64. "Qəbələ"də növbəti dəyişiklik: Kamanan yerini L.R.Assisə verir
70. E.Günlünü İ.Beraya əvəzləyir
74. R.Abdullayevi B.D.Silva əvəzləyir
75. Kurtskeviç sarı vərəqə alır
75. Assisin cərimə zərbəsini Popoviç tutur
77. F.Quliyevin təhlükəli zərbəsi qapıdan azacıq yan keçir
78. "Qəbələ" növbəti korner vuruşlarında da istəyinə çata bilmir
79. F.Quliyev yerini A.Qədiriyə verir
82. "Qəbələ"nin qapıçısı komandasını yüz faizlik qoldan xilas edir
83. R.Zubkov sarı vərəqə ilə cəzalanır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 28. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Yaşar Abuzərov, 8. Bruno Da Silva, 19. Rövşən Əmiraslanov, 22. Lourival Rodriqes, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
TURAN: 28. Andrey Popoviç, 5. Fərid Quliyev, 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 21. Antonio Rukavina, 24. Ruslan Zubkov, 25. Nuqzar Kvirtiya, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 15. Rəşad Piriyev, 16. Elmixan Məmmədov, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri, 22. Salif Ballo, 23. İrakli Beraya.
 
XƏZƏR LƏNKƏRAN – QARABAĞ - 2:0 (1:0)
Qollar: D.Sialmas, 36 (1:0), D.Sialmas, 62 (2:0)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov.
Lənkəran. Şəhər stadionu.
 
Oyun başladı
Qonaqlar ilk dəqiqələrdən topa yiyələniblər
Qapıya ilk zərbəni də qonaqların hücumçusu R.Əliyev endirir
Vaqif Cavadov hesabı açmağa yaxın olsa da, əlverişli fürsəti qaçırır
Lənkəranlıların ilk təhlükəli vəziyyəti cərimə zərbəsi zamanı yaransa da, qol gətirmir
Cavadovun təhlükəli cərimə zərbəsi dəqiq olmur
Tounkara əlverişli vəziyyətdə qapıya dəqiq zərbə vura bilmir
İlk 30 dəqiqədə cənubluların iki futbolçusu sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb - Alviz və Skarlatake
Dmitrios Sialmas 36-cı dəqiqədə qonaqları meydanın mərkəzinə dəvət edir - 1:0
Fariz Yusifovun idarəçiliyi qonaların ürəyincə deyil. Hətta Q.Qurbanov da ona kəskin etirazını bildirir
Leysan yağışı arenanı bərbad duruma saldığından, bu, vəziyyəti daha da çətinləşdirir
İlk yarının sonları çoxlu kobudluqlarla diqqət çəkir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri fasilədən sonra fəal görünürlər
"Qarabağ" yenidən üstünlüyü ələ almağa başlayıb
Muaremin zərbəsini Sadıqlı dəf edir
54-cü dəqiqədə M.Medvedev qırmızı vərəqə ilə meydandan qovulur
Sialmas komandasının və özünün ikinci qolunu vurur - 2:0
"Qarabağ"da oyunçu dəyişikliyi: M.Muaremi E.Abdulov əvəzləyir
Vaqifin qapıya doğru zərbəsi son anda qapıçıdan dönür
"Qarabağ"da Vaqifi T.İsgəndərov əvəzləyir
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 3. Vanderson Skarduelli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov, 99. Beto, 42. Kamran Abdullazadə, 4. Akif Tağıyev, 17. Kazım Kazımlı.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Tural İsgəndərov, 16. Elnur Abdulov, 18. İlqar Qurbanov, 33. Selim Mostafa, 88. Emin Mustafayev.
 
Turun digər oyunları: Bakı – İnter – 0:0, Simurq – AZAL – 1:1, Kəpəz – Sumqayıt – 0:0. “Rəvan” – “Neftçi” oyunu sabah baş tutacaq.
 
1 Simurq 10 5 4 1 12 4 +8 19
2 İnter 9 4 4 1 8 4 +4 16
3 Qarabağ 10 3 5 2 12 11 +1 14
4 Turan 10 4 1 5 10 13 –3 13
5 AZAL 9 3 4 2 14 9 +5 13
6 Neftçi 6 4 0 2 13 7 +6 12
7 XL 9 3 3 3 12 8 +4 12
8 Sumqayıt 10 3 2 5 9 17 –8 11
9 Qəbələ 10 2 4 4 9 12 –3 10
10 Bakı 8 1 6 1 7 6 +1 9
10 Rəvan 9 2 3 4 8 12 –4 9
12 Kəpəz 10 2 2 6 7 18 –11 8
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.