27 oktyabr 2012 18:15
Cavid Hüseynov oynadı, komandası səfərdə qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 9-ci turu çərçivəsində “Şanlıurfaspor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də Adana təmsilçisi ən azı xal qazanmağı hədəfləmişdi. Amma adanalılar gərgin və maraqlı keçən görüşdə qələbə qazanmağa nail olublar - 3:2.
Əvvəlki oyunlarda start heyətdə meydana çıxsa da, son matçlarda ehtiyatda qalan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Mustafa Uğur onu 69-cu dəqiqədə Özgür Öçalın əvəzində meydana buraxıb.
“Adana Demirspor” hazırda 14 xalla 18 komanda arasında 4-cü yerdədi.
Türkiyə PTT birinci liqası
9-cu tur
27 oktyabr
Şanlıurfaspor - Adana Demirspor - 2:3
