27 oktyabr 2012 23:05
Millimizin forvardı yenə oynamadı, komandası qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 34-cü turu çərçivəsində “Daugava” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də liyepayalılar ən azı bir xal qazanmağı hədəfləmişdilər. Amma həmyerlimizin komandası daha inamlı oyun sərgiləyərək qələbə qazanıb.
Qeyd edək ki, hazırda Liyepaya klubu 34 oyundan sonra 67 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, Əsgərovun adı bu oyunun iştirak ərizəsinəd axil edilməyib.
Latviya çempionatı
34-cü tur
27 oktyabr
Gulbene - Metallurg - 1:3
