27 oktyabr 2012 11:29

İlqar Qurbanov: Mənim vaxtımda XL-da azərbaycanlı futbolçular daha çox idi

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 10-cu turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”la oyundan nə gözləyirsiz?
- “Qarabağ”la “Xəzər Lənkəran”ın oyunları həmişə bu komandalar üçün çətin keçir. Rəqibimizin güclü və döyüşkən heyəti var. Yaxşı futbolçulara malikdilər. Xüsusilə də Adrian Piti, Rahid Əmirquliyevi qeyd edərdim. Amma bizə üç xal lazımdı. Elə vəziyyətdəyik ki, hər xal bizim üçün çox vacibdi.
 
- Kamran Ağayevin yoxluğunu komandanız üçün üstünlük saymaq olar?
- Kamran Ağayev həqiqətən də ölkənin ən güclü qapıçılarından biridi. Amma “Xəzər Lənkəran”da başqa qapıçılar da var. Orxan Sadıqlı özünü yaxşı tərəfdən göstərməyi bacarır. Kamranın yaşıl meydanlardan kənar qalması isə Azərbaycan futbolu üçün çox pis məqamdı. Əgər “Xəzər Lənkəran” onu saxlamaq istəmirsə, onda özünə yeni klub tapmağa imkan yaratsın.
 
- Vaxtilə siz də “Xəzər Lənkəran”da çıxış etmisiz. İndiki və o vaxtkı komandanı müqayisə edə bilərsiz?
- Müqayisə etmək çətindi. O dövrlə müqayisədə çox şey dəyişib, çempionat daha maraqlı olub. Mənim dövrümdə “Xəzər Lənkəran”da azərbaycanlı futbolçular daha çox idilər. Məsələn, start heyətdə doqquz oyunçu olurdu.
 
- “Qarabağ”da son dövrlər mütəmadi oynasanız da, yığmaya dəvət olunmursuz. Niyə?
- Mən həmişə demişəm ki, əgər milliyə layiqəmsə, qoy Foqts dəvət göndərsin. Yığmada oynamaqdan heç kim imtina edə bilməz. Amma mən buna layiq deyiləmsə, Foqts haqlıdı. Millidə oynamağa həmişə hazıram. Bu, mənim üçün də fəxrdi.

- “Qarabağ” niyə qol vəziyyətlərini sağa-sola xərcləyir? Hücum xəttinizdəki problemlərin səbəbi nədi?
- Bizdə həqiqətən hücum xətti ilə bağlı problemlər var. Açça fikrimcə hücumçularımıza bircə qələbə lazımdı ki, hər şey yoluna düşsün. Hazırda əksər komandaların bu baxımdan problemləri var.
 
- Bəs qeyri-sabit oyununuzun səbəbini nə ilə izah edərdiniz?
- Qeyri-sabit oyun sərgiləyən təkcə biz deyilik. Diqqət yetirsəz, bütün komandaların müxtəlif problemlərinin olduğunu görərsiz. Səbəbi də turlar arasındakı fasilələrdi. İki-üç həftə oynayırsan, fasiləyə çıxırsan. Bu, futbolçuların formasına təsirsiz ötüşmür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.