28 oktyabr 2012 17:54
Rail Məlikov oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 9-cu turu çərçivəsində “Kartalspor” klubu ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma onların bu istəyi baş tutmayıb və meydan sahibləri minimal hesabla üstün olublar.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Engin İpekoğlu ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Railin komandası doqquz oyuna 11 xalla 10-cu yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
9-cu tur
28 oktyabr
Kartalspor - Denizlispor - 1:0 (0:0)
