30 oktyabr 2012 00:15
Millimizin hücumçusu oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 9-cu turu çərçivəsində “Boluspor” klubu ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Amma kayserililərin bu istəyi baş tutmayıb. Kifayət qədər qollu və maraqlı alınan matçda qələbəni qonaqlar bayram ediblər.
Bu görüşdə Cihanın da forma geyməsi istisna deyildi. Baş məşqçi Osman Özköylü ona yalnız 82-ci dəqiqədə şans verib. Amma məhz Cihanın meydana çıxmasından sonra iki qol buraxan "Erciyesspor" məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan doqquz oyuna topladığı 17 xalla ikinci yerdə gedir.
PTT birinci liqası
9-cu tur
29 oktyabr
Erciyesspor - Boluspor - 2:3
