27 oktyabr 2012 12:15
Millimizin üzvü yenə oynamadı, komandası 1 xal qazandı
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 9-cu tur çərçivəsində səfərdə “Elazığspor” ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləcə, əskişəhərlilər növbəti dəfə rəqibləri ilə xal bölgüsünə razılaşıb.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin düşərgəsindən zədəli qayıdan müdafiəçi hələ də fərdi qaydada məşq edir.
“Eskişehirspor” hazırda 14 xalla 4-cü yerdə gedir.
