27 oktyabr 2012 00:28

Adrian Pit: Kamran Ağayevlə nə baş verdiyini bilmirəm

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Topaz Premyer Liqasının 10-cu turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Keçirdiyiniz 8 oyundan sonra 10 xalla 9-cu yerdə gedirsiz. O qədər də yaxşı nəticə sayılmaya bilər?
- Bizim üçün çox pis vəziyyətdi. Amma növbəti turda “Qarabağ”ı məğlub edə bilsək, bu, bizə əlavə motivasiya qazandıracaq. Ümumiyyətlə, indiki vəziyyətə düşməyimizdə yalnız özümüz günahkarıq. Amma vəziyyəti yaxşılaşdırmaq vaxtıdı.
 
- Deməli, sadəcə bir qələbəyə ehtiyac var ki, hər şey yoluna düşsün?
- Mən buna əminəm. Son turda “Qəbələ”ni məğlub etsəydik, indi 11 xalımız var idi, özümüz də altıncı yerdə gedirdik. Amma o qədər də yaxşı oynamadıq. Məsələn, məndə zədə olduğundan, özümü göstərə bilmədim. Qələbə qazanmaq istəyiriksə, daha yaxşı oynamalıyıq.
 
- Razısız ki, XL qol vəziyyətlərini dəyərləndirməkdə çətinlik çəkir?
- Bəli. Biz əsasən standart vəziyyətlərdən qollar vura bilirik. Amma bütün uşaqlar çalışır. Niyə belə alındığını bilmirəm.
 
- “Qəbələ” ilə oyun uzun ayrılıqdan sonra doğma meydanda baş tutdu. Azarkeşləriniz hamısı qələbə gözləyirdi...
- Amma biz yenə qələbə qazana bilmədik. Azarkeşləri də başa düşmək lazımdı. Hərdən bəxt gətirmir, hərdən oyun alınmır, hərdən də hakimlər oyunu yaxşı idarə etmirlər. Hakim təmiz penaltini vermirsə, nədən danışmaq olar? Rəqib futbolçu Skarlatakenin zərbəsindən sonra topa əllə toxunmuşdu. Amma hakim künc nöqtəsini göstərdi. Özümüzün də günahımız vardı. Çünki erkən qol buraxmamalı idik.
 
- Kamran Ağayevin yenidən komandadan ayrılması futbolçulara necə təsir etdi?
- Düzünü deyim ki, mən baş verənlərin əsas səbəbini bilmirəm. Ona görə də nəsə demək çətindi. Mən oyundan bir həftə öncə onu gördüm. Lənkərana gəlmişdi, bizimlə məşq etdi. Amma sonra nə baş verdiyini bilmədim. Oyundan bir gün öncə isə düşərgəni tərk etdi. Biz birgə məşq edəndə hər şey qaydasında idi. Sonra isə sadəcə əşyalarını toplayıb getdi. Amma bu hadisənin nəticələrimizə təsir etdiyini düşünmürəm. Bizim əsas problemimiz qələbə ruhunu geri qaytara bilməməyimizdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.