28 oktyabr 2012 01:12
Fransa çempionatını qar vurdu
Futbol üzrə Fransa çempionatının 10-cu turunun bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, ötən gün keçirilməli olan “Sochaux” – “Evian” qarşılaşması başqa vaxta keçirilib.
Buna qeyri-sabit hava şəraiti səbəb olub. Belə ki, Avropanın bəzi ölkələrini bürüyən qar yağışı Fransa çempionatının bu görüşünə təsirsiz ötüşməyib.
Fransa Futbol Federasiyası “Sochaux” – “Evian” qarşılaşmasını təxirə salınsa da, hələlik bu oyunun konkret nə vaxt keçiriləcəyini açıqlamır.
