28 oktyabr 2012 13:55
Saşa Stamenkoviç: Neftçi indi çempionata köklənməlidi
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rubin”ə (Rusiya) qarşı keçirdikləri oyundan (0:1), eləcə də Topaz Premyer Liqasının bu gün baş tutacaq “Rəvan”la görüşündən danışıb. Serbiyalı qolkiper öncə bunları dilə gətirib:
“Rəvan”la oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Elə bundan sonrakı “Simurq”la qarşılaşma da. Çünki bu oyunlar bizim üçün həm də “Rubin”lə Bakıda keçirəcəyimiz görüşə hazırlıq xarakteri daşımış olacaq. Artıq “Neftçi” çempionata köklənməlidi”.
“Rəvan”la oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Elə bundan sonrakı “Simurq”la qarşılaşma da. Çünki bu oyunlar bizim üçün həm də “Rubin”lə Bakıda keçirəcəyimiz görüşə hazırlıq xarakteri daşımış olacaq. Artıq “Neftçi” çempionata köklənməlidi”.
Kazandakı qarşılaşma haqda isə Stamenkoviç bunları söyləyib: “İlk növbədə onu qeyd etməliyəm ki, Kazanda matç zamanı çox soyuq hava var idi. Hələ yaxşı ki, şaxta oyundan öncə məşqdə olduğu qədər çox deyildi. Mən həmin məşqdən sonra öyrəndim ki, 3 dərəcə şaxtada hazırlıq keçmişik. Oyun zamanı isə azacıq fərqli olsa da, yenə soyuq idi. Belqradda belə soyuqlar olmur”.
“Rubin” qrupumuzun favoritlərindən biridi. Məncə, onlar Milan “İnter”ini də doğma meydanda məğlub edəcək gücdədilər. Biz isə hazırda çempionat oyunları haqda düşünməliyik. Çünki iki vacib oyuna çıxmalıyıq. Yalnız bu oyunlardan sonra “Rubin”lə cavab görüşünü düşünə bilərik”.
Stamenkoviç Rusiya klubunun aparıcı üzvlərindən Alan Kasayevlə toqquşduğu epizodla da bağlı fikirlərini bildirib: “Düzünü deyim ki, mən həmin epizodda yaman qorxdum. Çünki çox bərk toqquşduq. Hətta hakimə bildirdim ki, dərhal həkimləri çağırsın. Yenə də yaxşı ki, hər şey xoş sonluqla bitdi”.
Serbiyalı qapıçı komandasının Avroliqadakı qalan oyunlarında daha çox xal toplayacağına əmindi: “Biz “Partizan”ı evdə məğlub edə bilərik. “Rubin”lə də mübarizə aparmaq olar. “İnter”lə görüş isə səfərdə olacaq və dekabr ayında baş tutacaq. Ona görə də indidən həmin oyun barədə düşünməyə dəyməz”.
