28 oktyabr 2012 18:48
Azərbaycan Gürcüstana da qalib gələ bilmədi (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması U-19-lar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Gürcüstanla üz-üzə gəlib.
Qeyd edək ki, komandamız ilk oyununda İslandiyaya 1:2 hesabıyla yenilmişdi. Gürcüstan isə Xorvatiyaya 0:2 hesabıyla uduzmuşdu. Bu görüşdə isə hesabı gürcülər açıblar. Amma onların bu erkən qoluna komandamız matçın sonlarında cavab verə bilib. Qonşu ölkə təmsilçisinin hesabda azlıqda qalmasına baxmayaraq, qalan dəqiqələr ərzində Vəli Qasımovun yetirmələrinin qələbə qolunu vurmaq istəyi alınmayıb. Beləcə, tərəflər meydandan sülhlə ayrılıblar.
Yığmamızın yer aldığı 11-ci qrupda bu gün daha bir görüş baş tutub. Bu qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya İslandiya ilə qarşılaşıb. Görüş 2:2 hesabıyla başa çatıb.
AÇ-nin ilkin seçmə mərhələsi
11-ci qrup
28 oktyabr
AZƏRBAYCAN – GÜRCÜSTAN – 1:1 (0:1)
Qollar: Samuşiya, 10 (0:1), K.Mirzəyev, 70 (1:1)
Baş hakim: Marios Panayi (Kipr)
Zapreşiç. “İnter Zapreşiç” stadionu.
Oyun başladı
3. Gürcülərin korner vuruşundan qol səsi çıxmır
9. Gürcülərin növbəti korner vuruşu zamanı Aburjaniyanın zərbəsi qapıdan aralı keçir
10. Ubilavanın ötürməsini Samuşiya qola çevirir – 0:1
12. Budaqovun zərbəsi qapıdan aralı keçir
14. Aburjaniyanın zərbəsi qapıdan aralı keçir
18. E.Abdullayevin hesabı bərabərləşdirməsinə son anda rəqib qapıçı mane olur
23. Bayramovun da qol sevinməsinə rəqib qolkiper imkan vermir
25. Gürcülərin korner vuruşu zamanı müdafiəçilərimiz diqqətlidilər
27. Geqetçkori oyunda ilk sarı vərəqənin müəllifi olur
35. Gürcülərin növbəti korner vuruşu zamanı müdafiəçilərimiz diqqətlidilər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Yığmamızın heyətində fasilədə iki dəyişiklik edilib: E.Cankişiyevi M.İsayev, D.Heseni isə Ş.Camaləddinov əvəzləyir
52. Arabulinin təhlükəli zərbəsini Ə.Əliyev dəf edir
55. Kaçaravanın zərbəsi qapıdan aralı keçir
57. Aburjania sarı vərəqə alır
61. Markozaşvilinin zərbəsini qapıçımız dəf edir
62. Arabulinin zərbəsi qapıdan yan keçir
63. Mirzəyevin zərbəsi qapıdan aralı keçir
65. İsayevin də zərbəsi dəqiq olmur
66. Samuşiyanın təhlükəli zərbəsini qapıçımız dəf edir
67. E.Abdullayevi R.Nəsirli əvəzləyir
68. Yığmamızın korner vuruşundan qol səsi çıxmır
70. İ.Taşkının ötürməsindən sonra K.Mirzəyev nəhayət ki, millimizin cavab qoluna imza atır - 1:1
71. Arabulini Lobjanidze əvəzləyir
73. Sandoxadze Orxana qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
74. Budaqovun cərimə zərbəsi qapıdan azca yan keçir
75. İ.Taşkın komandamızı önə keçirməyə yaxın olsa da, rəqib qapıçı buna imkan vermir
79. R.Nəsirlinin qol vurmasına yenə Tebidze mane olur
80. R.Nəsirli növbəti dəfə qol çox yaxın oldu: Yenə Tebidze!
82. Kaçarava sarı vərəqə alır
83. Hufnageli Çanturiya əvəzləyir
87. Kaçaravanın zərbəsi qapıdan aralı keçir
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Əyyub Əliyev, 3. Azər Salahlı, 5. Samir Yusifov (k), 20. Demir Hasan, 6. İlter Taşkın, 8. Kamal Mirzəyev, 9. Orxan Əliyev, 11. Eldar Cankişiyev, 15. Fuad Bayramov, 10. Elşən Abdullayev, 19. Bayram Budaqov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 4. Murad Musayev, 17. Şamil Camaləddinov, 18. Coşqun Diniyev, 7. Namiq Ələsgərov, 13. Məqsəd İsayev, 16. Ruslan Nəsirli.
GÜRCÜSTAN: 1. Qabriel Tebidze, 3. Laşa Dvali, 4. Nika Sandoxadze (k), 5. Levan Geqetçkori, 7. Guram Samuşiya, 8. Georgi Aburjaniya, 15. Lukas Hufnagel, 17. Daviti Ubilava, 9. Teymuraz Markozaşvili, 10. Baçana Arabuli, 11. Nika Kaçarava.
Ehtiyat oyunçular: 12. Baço Mikava, 6. Nika Çanturiya, 18. Saba Lobjanidze, 2. Otar Kakabadze, 16. Avto Endeladze, 13. Vaja Matiaşvili.
|
Xorvatiya
|
2
|
1
|
1
|
0
|
4-2
|
4
|
|
İslandiya
|
2
|
1
|
1
|
0
|
4-3
|
4
|
|
Azərbaycan
|
2
|
0
|
1
|
1
|
2-3
|
1
|
|
Gürcüstan
|
2
|
0
|
1
|
1
|
1-3
|
1
|
