28 oktyabr 2012 17:28

Neftçi Rəvanla oyunda iki cavabsız qolla məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 10-cu tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
 
Belə ki, son ölkə çempionu “Neftçi” “Rəvan”la qarşılaşıb. Bu görüşün təxirə salınma ehtimalı olsa da, bu, baş verməyib. Nəticədə, qarşılaşma "Rəvan"ın 2:0 hesablı sürpriz qələbəsi ilə bitib.
 
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Bakı – İnter – 0:0, Kəpəz – Sumqayıt – 0:0, Simurq – AZAL – 1:1, Xəzər Lənkəran – Qarabağ – 2:0, Qəbələ - Turan – 0:1.
 
Topaz Premyer Liqası
10-cu tur
28 oktyabr (bazar)
 
RƏVAN – NEFTÇİ - 2:0 (1:0)
Qollar: N.Orlovski, 33 (1:0), X.M.Varela, 77-pen (2:0)
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Namiq Hüseynov, Fuad Həsənov.
Bakı. Bayıl Arena.
 
Oyun başladı
5. Komandalar ilk dəqiqələrdən bərabər səviyyədə oyun nümayiş etdirirlər
10. Hələlik qapılar qarşısında ciddi təhlükə yoxdu
15. Flavinyonun zərbəsini D.Kərimi tutur
25. Qarşılıqlı hücumlar hələ ki, bəhrəsizdi
30. Flavinyo sarı vərəqə alır
33. Torresin cərimə zərbəsindən ötürməsini N.Orlovski dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 1:0
41. İ.Mitreski də sarı vərəqə ilə cəzalanır
45. N.Qurbanov əlverişli vəziyyətdə qapını dəqiq nişan ala bilmir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi"də fasilədə A.Abdullayevi R.Sadiqov, E.Yunuszadəni isə B.Bertuççi əvəzləyir
47. "Neftçi"nin korner vuruşu zamanı T.Quliyevin zərbəsi qapıdan azca yan keçir
50. "Rəvan" künc zərbəsini yerinə yetirir: M.Zeçeviçin zərbəsi qapı tirindən qayıdır
53. E.Musazadəni N.Vidakoviç əvəzləyir
57. Maraqlı epizod yaşandı. Bertuççinin cərimə meydançasına göndərdiyi topu D.Kərimi geri qaytarsa da, öz komanda yoldaşına dəyən top az qala qapıya daxil olacaqdı. Son anda meydan sahiblərini qapı tiri qoldan xilas edir
59. M.Şükürov təhlükəli nöqtədən cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir
62. Torres komandasının ikinci qolunu vurmağa çox yaxın olsa da, Mitreski son anda topu kornerə çıxarır
63. Meydan sahiblərinin korner vuruşunda top qapının üstündən keçir
65. "Neftçi" böyük qüvvə ilə hücuma atıldığından "aslanlar"ın əks-hücumları çox təhlükəli alınır
69. Qonaqların korner vuruşu yenə qol gətirmir
70. "Rəvan" qola çox yaxın olsa da, yenə də istəyinə çata bilmir
73. Bertuççinin əla zərbəsini D.Kərimi eyni gözəlliklə kornerə çıxarır. Korner isə yenə bəhrəsizdi
76. "Rəvan" təhlükəli nöqtədən cərimə zərbəsi vurur: Torresin vuruşunda top Flavinyonun əlinə dəydiyi üçün qonaqların qapısına penalti təyin olunur
77. X.M.Varela penaltini dəqiq yerinə yetirir - 2:0
84. Zədələnən T.Mikayılovu T.Cəlilov əvəzləyir
85. J.Vobayı K.Nurəhmədov çıxır
88. K.Torresi V.Qarayev əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+4. R.Sadiqov sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
 
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov, 28. Amit Quluzadə.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 16. Bruno Bertuççi, 21. Kamil Nurəhmədov, 26. Kərim Diniyev.
 
1 Simurq 10 5 4 1 12 4 +8 19
2 İnter 9 4 4 1 8 4 +4 16
3 Qarabağ 10 3 5 2 12 11 +1 14
4 Turan 10 4 1 5 10 13 –3 13
5 AZAL 9 3 4 2 14 9 +5 13
6 Rəvan 10 3 3 4 10 12 –2 12
7 Neftçi 7 4 0 3 13 9 +4 12
8 XL 9 3 3 3 12 8 +4 12
9 Sumqayıt 10 3 2 5 9 17 –8 11
10 Qəbələ 10 2 4 4 9 12 –3 10
11 Bakı 8 1 6 1 7 6 +1 9
12 Kəpəz 10 2 2 6 7 18 –11 8
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.