28 oktyabr 2012 02:52
Neftçi stadionunu dəyişir
Bakının "Neftçi" klubu Premyer Liqanın ev oyunlarını başqa stadionda keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Belə ki, noyabr ayından etibarən "Neftçi" Premyer Liqanın ev oyunlarını "8-ci kilometr" stadionunda keçirəcək.
"Buna səbəb Bakıxanov qəsəbə stadionunun təmirə bağlanmasıdı. Təmir işləri başa çatanadək "Neftçi" rəqib komandaları 8 KM stadionunda qəbul edəcək", - mətbuat xidmətindən deyiblər. (Trend)
