28 oktyabr 2012 14:47
“Təəssüf ki, iki xal itirdik”
“İnter”in müdafiəçisi Arif Daşdəmirov Topaz Premyer Liqasının 10-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:0 hesablı heç-heçəyə razılaşdıqları qarşılaşma barədə bunları dilə gətirib:
“Çətin oyun alındı. Demək olar ki, hesab oyuna görə oldu. Amma “İnter”in qol vurmaq üçün daha çox şansları var idi. Təəssüf ki, iki xal itirdik. Lakin çempionat davam edir. Hər şey qabaqdadı. Hələ ilk altılığa kimlərin düşəcəyinə aydınlıq gəlməyib”.