28 oktyabr 2012 03:07
11-ci debütant həm də 22-ci oldu (FOTO)
Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş "Bakı" - "İnter" görüşündə qonaqların heyətində cari mövsümdə sayca 22-ci futbolçu meydana çıxdı. Azerisport.az xəbər verir ki, söhbət oyunun 87-ci dəqiqəsində meydana daxil olan 19 yaşlı futbolçu Ruslan Cəfərovdan gedir.
Gənc futbolçu daha öncə də çempionatın iki oyununda "İnter"in sifariş ərizəsinə daxil olsa da, meydana çıxmamışdı. Lakin "Bakı"ya qarşı keçirilən matçda Ruslan komandanın heyətində rəsmi görüşlərdə debüt etdi.
Bununla da cari mövsümdə "İnter"in heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 11-ə çatdı. Bunlar - Slavço Georgievski, Ruslan Əmircanov, Tales Şütz, Revaz Tevdoradze, Brüs Abdulaye, Haynts Barmettler, Georgi Adamiya, Fuad Bayramov, Djako Arafat, Abdulla Abatsiyev və Ruslan Cəfərovdu.
Ümumiyyətlə, cari mövsümdə "İnter"in heyətində 22 futbolçu meydana çıxıb. Onlardan 9-u yerli oyunçu, 13-ü isə leqionerdi. Hər 9 oyunda əvəzedilmədən meydanda olanlara gəlincə, Vladimir Levin və Slavço Georgievski liderdi. Brüs Abdulaye 776, Arif Daşdəmirov 722, Arif Daşdəmirov isə 708 dəqiqə meydanda olub.
Cari mövsümdə "İnter"in heyətində meydana çıxan ən gənc futbolçu 17 yaşlı Fuad Bayramov olub. ən yaşlı oyunçu isə 33 yaşlı qapıçı Giorqi Lomayadı.
