28 oktyabr 2012 03:15
Simurq Neftçi ilə oyun öncəsi istirahətə ehtiyac duymadı (FOTO)
"Simurq" məqşləri ara vermədən davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız ötən gündən artıq növbəti turda qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlıqlarına start verib.
Bir saatdan artıq davam edən məşq prosesində futbolçular iki hissəyə bölünüb. Son oyunda əsəs heyətdə meydana çıxmış oyunçular yüngül qaçış və isinmə hərəkətlərilə hazırlıqları tamamlayıb. Ehtiyatda oturanlar isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında məşq edib.
Qeyd edək ki, "Simurq" I dövrəsinin son matçında oktyabrın 31-də "Neftçi"nin qonağı olacaq.
