28 oktyabr 2012 16:33
Neftçinin Simurqla oyununun vaxtı açıqlandı
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 11-ci turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları oktyabrın 30-31-də keçiriləcək.
İlk oyun günündə “İnter” “Kəpəz”lə, AZAL “Bakı” ilə üz-üzə gələcək.
Son gündə isə “Sumqayıt” “Xəzər Lənkəran”ı, “Neftçi” “Simurq”u, “Turan” “Rəvan”ı, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.
11-ci turun oyun cədvəli aşağıdakı kimidi:
Topaz Premyer Liqası
11-ci tur
30 oktyabr (çərşənbə axşamı)
“İnter” – “Kəpəz”
Bakı. “Şəfa” stadionu, 18:00
AZAL – “Bakı”
Bakı. AZAL Arena, 19:00
31 oktyabr (çərşənbə)
“Sumqayıt” – “Xəzər Lənkəran”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00
“Neftçi” – “Simurq”
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:00
“Turan” – “Rəvan”
Tovuz. Şəhər stadionu, 15:00
“Qarabağ” – “Qəbələ”
Bakı. T.Bəhramov adına Respublika stadionu, 15:00
