28 oktyabr 2012 18:20
Neftçi rəhbərliyi istefa verdi
Topaz Premyer Liqasının 10-cu turunun “Rəvan”la oyunundan sonra “Neftçi” klubunun rəhbərliyi istefa verib. Azerisport.az xəbər verir ki, buna komandanın geridə qalan 7 oyunda üçüncü məğlubiyyətini alması səbəb olub.
Üstəlik, “ağ-qaralar” Avropa Liqasında da son oyunlarını məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, “Neftçi” hazırda 12 xalla “Rəvan” və “Xəzər Lənkəran”la turnir cədvəlinin 7-9-cu pillələrini bölüşür. Avropa Liqasında isə komandamız sadəcə 1 xal toplaya bilib.
