28 oktyabr 2012 11:23
“Bizim problemimiz ondadı ki, qol vurmağı öyrənə bilməmişik”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 10-cu turunun “İnter”lə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız Topaz Premyer Liqasında 11-ci yerdə gedir. “Bakı” hələ bu qədər pis nəticələrə imza atmamışdı...
- Unutmayın ki, bizim daha iki oyunumuz da ehtiyatda qalır. Əlbəttə, dediyiniz məqamlar məyus edir. Amma əgər təxirə salınmış oyunlarımızı qələbə ilə başa vursaq, hər şey yaxşıya doğru dəyişəcək.
- Komanda heç-heçələri sıralayır. Təxirə salınmış görüşlərdə də eyni aqibəti yaşayacağınızdan qorxmursuz?
- Biz hazırda psixoloji bataqlıqdayıq. Hər şeyin yoluna düşməsi üçün “Bakı”ya cəmi bircə qələbə lazımdı. Son oyunda biz pis təsir bağışlamadıq. “İnter”ə qarşı yaxşı oyun keçirdik. Bu komandanın çempionatda ən az qol buraxan komandalardan olduğunu unutmayın.
- Oyunlar zamanı bəzi oyunçuların çıxışından razı olmadığınız dərhal hiss olunur. Bunu ən azı jestləriniz, onların ünvanına xoş olmayan idadələriniz də təsdiqləyir...
- Komandamın topu asanlıqla itirməsi mənim xoşuma gəlmir. Çünki bunun davamında həmişə qapımız qarşısında böyük təhlükə yaranır. Bəzi futbolçular meydanda daha çox çalışmalıdılar. Bununla onların hansınınsa pis oynadığını demək istəmirəm. Sadəcə, nəticələrimizi daha da yaxşılaşdırmaq üçün maksimum güc sərf etmələri lazımdı.
- Məhz bu üzdən heyətdə mütəmadi dəyişikliklər edirsiz? Yəni optimal heyəti müəyyənləşdirmək belə çətindi?
- Uinston Parksın zədəsi var. Edemir Rodriqesə istirahət vermişəm. O, bu ölkədə yenidi və tam uyğunlaşması üçün vaxta ehtiyacı var. Amma indi də pis oynamır. Heyətdə dəyişikliklərə hər zaman ehtiyac var.

- Komandanın turnir cədvəlindəki durumu sizin üzərinizdə təzyiq yaratmır?
- Biz cəmi səkkiz oyun keçirmişik. Hər şeyi yoluna qoymaq üçün hələ çox vaxtımız, oyunumuz var. Bizim problemimiz ondadı ki, qol vurmağı öyrənə bilməmişik. Geridə qalan turlarda biz topladığımızdan daha çox xala layiq idik.

- Çoxları belə düşünür ki, Premyer Liqada növbəti istefa verən mütəxəssis məhz siz olacaqsız...
- Mən hamının fikirlərinə hörmətlə yanaşıram. Amma bunları məni narahat etmir. Mən öz işim barədə düşünməliyəm. Daha istefa haqda yox.
- Qarşıda sizi AZAL-la daha bir derbi gözləyir...
- Çox güclü rəqibdi. Onlar mövsümə çox yaxşı başlasalar da, sonradan xal itirməyə başlayıblar. Komandanın iki güclü hücumçusu var. Bütövlükdə bu komandanın hücum potensialı çox yüksəkdi. Bizim üçün çox çətin oyun olacaq. Amma istənilən halda bizə bu görüşdə 3 xal lazımdı.
- “Bakı”nın altı turluq qələbəsizlik sindromuna bu dəfə son qoyulacaq?
- Buna borcluyuq. Çünki bu qələbə bizə çox lazımdı.
- Buna borcluyuq. Çünki bu qələbə bizə çox lazımdı.