29 oktyabr 2012 00:04

Sadıq Sadıqov: İstefadan söhbət gedə bilməz

Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, hazırda Həcc ziyarətində olan klub prezidenti mətbuatda yer alan istefa xəbərlərinə də münasibət bildirib:
 
“Təbii ki, “Neftçi”nin “Rəvan”a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki, “Neftçi” “Rəvan” kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidi. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdı. Mətbuatda klubun vitse-prezidenti  Tahir Süleymanovun, komandanın idman direktoru Güloğlan Cabbarovun, eləcə də baş məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildiriəm ki, istefalardan söhbət gedə bilməz. Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar. Amma, bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidi ki, futbolumuz tarixində bir ilkə imza ataraq, avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin avrokuboklardakı yeganə ümidi olan komandamız Rubinə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən qaytıdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir. Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidi. Çünki, üç gündən bir  keçirilmiş oyunlar komandamızın avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki, “Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa Avroliqanın qrupunda şanslarımızın mövcüd olduğunu düşünürəm.
 
Mən klub prezidenti kimi bəyan etmək istəyirəm ki, “Neftçi”nin şərəfini qoruyan hər bir futbolçuya güvənirəm. İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycanlı xalqını sevindirəcəklər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.