29 oktyabr 2012 00:35
Sensasiyalar mövsümünə davam
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, onsuz da ilk turlardan etibarən sensasiyaların sıralandığı bu mövsümün geridə qalan turu da istisna təşkil etmədi.
Turun ilk oyunlarından biri Gəncədə “Kəpəz”lə “Sumqayıt” arasında baş tutdu. Gözləmək olardı ki, Mahmud Qurbanovun komandası autsayderlərdən hesab olunan rəqibini məğlub yola salacaq. Çünki Gəncə klubu doğma divarlar arasında çıxış edirdi. Amma onların bu istəyi baş tutmadı. “Neftçi” və “Bakı” kimi iddialıları məğlub etmiş Bernard Raabın yetirmələri qərb səfərindən də 1 xalla qayıtmağı bacardı. Halbuki, qarşılaşmanın ilk yarısında qonaqlar qol da vurmağa yaxın idilər. Gəl ki, Pərdis Fərcad Azad hakimin təyin etdiyi penaltidən yararlana bilmədi. Beləcə, “Sumqayıt”ın irəliləmək, “Kəpəz”in isə turnir cədvəlinin zirzəmisindən çıxmaq istəyi baş tutmadı.
İlk oyun gününün maraqla gözlənilən daha bir görüşü “Bakı” ilə “İnter”in oyunu idi. “Bankirlər” səfərdən ən azı bir xalla qayıtmaqla ikinci pilədəki mövqeyini qorumaq istəyindəydi. “Zolaqlılar” isə turnir cədvəlinin alt pillələrindən yaxa qurtarmaq qələbə həsrətinə son qoymağa borclu idi. Lakin tərəflərin bütün cəhdlərinə baxmayaraq, paytaxt derbisi qolsuz başa çatdı. Bu üzdən “Bakı” hələ də 11-ci pillədə gedir. “İnter” isə xal itkisinə rəğmən, liderin əsas izləyicisi olaraq qalır.
Daha bir prinsipial və maraqla gözlənilən qarşılaşma lider “Simurq”la bu mövsümə çox yaxşı başlamış daha bir komanda – AZAL arasında baş tutdu. Zaqatala təmsilçisi rəqibini doğma meydanda qəbul etdiyindən, qarşılaşmanın favoriti sayılırdı. Amma görüşdə hesabı qonaqlar açdılar. “Təyyarəçilər” hətta qarşılaşmanı qalib başa vurmağa da çox yaxın idilər. Lakin görüşün sonuna cəmi bir neçə saniyə qalmış səhnəyə çıxan Murad Səttarlı Premyer Liqamızın liderini məğlubiyyətdən xilas etdi. Beləcə, cari mövsümün sürpriz komandaları xal bölgüsünə razılaşmalı oldular. Xal itkisinə rəğmən, “Simurq” liderliyini hələ də davam etdirir. Vaqif Sadıqovun komandası isə getdikcə geriləyir.
Turun daha bir prinsipial qarşılaşması ikinci oyun günündə “Xəzər Lənkəran”la “Qarabağ” arasında baş tutdu. Bu görüşdə qeyri-sabit çıxışı ilə seçilən komandalardan hansının qalib gələcəyi maraqla gözlənilirdi. Sonda sevinən tərəf meydan sahibləri oldular. Qarşılaşma həm də cənubluların yunan forvardı Dmitrios Sialmasın dubla imza atması ilə əlamətdar oldu. Beləcə, Yunis Hüseynovun komandası turnir cədvəlindəki durumunu bir qədər yaxşılaşdırdı. Qurban Qurbanovun yetirmələri üçüncü pillədə qalsa da, mövsümdə ikinci yenilgisinə üzülmüş oldu.
Şənbə günü həm də “Qəbələ” “Turan”la üz-üzə gəldi. Bu qarşılaşmada yəqin ki, çoxları meydan sahiblərinin qələbə qazanacağına şübhə etmirdi. Əvvəlki turda “Xəzər Lənkəran”dan səfərdə xal alan Ramiz Məmmədovun komandası tovuzlularla görüşün aşkar favoriti idi. Amma Əfqan Talıbovun rəhbərliyi altında keçirdiyi ilk oyunda AZAL-ı məğlub yola salan “Turan” yeni baş məşqçisi ilə növbəti sürprizə imza atdı. Belə ki, ağır hava şəraitində keçirilən görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsiylə başa çatdı. Düzdü, “Qəbələ” buraxılan qola dərhal cavab verməyə yaxın idi. Amma Yannik Kamanan penaltini boşa verməklə komandasını ən azı bir xaldan məhrum etdi. Əvəzində ardıcıl qələbələri “Turan”ı turnir cədvəlinin 4-cü pilləsinə çıxardı.
Turun qapanış matçında isə son çempion “Neftçi” səfərdə “Rəvan”ın qonağı oldu. Bu görüşdə də “ağ-qaralar” paytaxt derbisinin favoriti sayılırdı. Amma sensasiya yenə qaçılmaz oldu. Turnir cədvəlinin alt pillələrində olmasına baxmayaraq, çempionla görüşə qələbə üçün çıxan “aslanlar” bu istəklərinə nail oldular. “Rəvan” bir neçə gün öncə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə görüşmüş rəqibin yorğunluğundan maksimum yararlandı və qazandığı 3 xal sayəsində xeyli irəliləyişə nail oldu. “Ağ-qaralar” isə geridə qalan yeddi oyunda üçüncü yenilgisinə üzüldü.
Topaz Premyer Liqası
10-cu tur
KƏPƏZ – SUMQAYIT - 0:0 (0:0)
Matçın 36-cı dəqiqəsində Pərdis Fərcad Azad penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Emin İmaməliyev, 34 (qeyri-idman hərəkəti), Bəxtiyar Soltanov, 36 (hakimin qərarına etiraz) - Ramil Həşimzadə, 30 (simulyasiya), Murad Ağayev, 39 (hakimin qərarına etiraz), Samir Abasov, 45+1 (qeyri-idman hərəkəti), Uğur Pamuk, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
26 oktyabr 2012. Gəncə. Şəhər stadionu. 1000 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svekentsev (2. Nicat Məmmədov, 42), 20. Emin Əliyev (14. Elxan Əzizov, 39), 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad (50. Murad Hüseynov, 80), 10. Ceyhun Sultanov, 13. Murad Ağayev (17. Emin Cəfərquliyev, 64), 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə (11. Sabir Allahquliyev, 70), 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 25. Aydın Qasımov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernard Raab.
BAKI – İNTER - 0:0 (0:0)
Sarı vərəqələr: Vangelis Mantsios, 39 (qeyri-idman hərəkəti) - Brüs Abdulay, 39 (qeyri-idman hərəkəti), Abdulla Abatsiyev, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Elşən Acalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
26 oktyabr 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1200 tamaşaçı.
Bakı: 22. Edin Nuredinoski, 6. İbrahim Karqbo (3. Denis İvanov, 72), 8. Xavier Junior (10. Lukas Mario Horvat, 84), 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 26. Leandro Beçerra (23. Maris Verpakovski, 69), 29. Əziz Quliyev, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 2. Edemir Rodriqes, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov.
Baş məşqçi: Bojidar Bandoviç.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (23. Tales Şütz, 60), 30. Djako Arafat (6. Samir Zərgərov, 29), 47. Abdulla Abatsiyev (29. Ruslan Cəfərov, 87).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 7. Ruslan Əmircanov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
SİMURQ – AZAL - 1:1 (0:1)
Qollar: R.Tağızadə, 29 (0:1), M.Səttarlı, 90+4 (1:1)
Sarı vərəqələr: Aleksandr Şemonayev, 32 (qeyri-idman hərəkəti), Rasim Ramaldanov, 60 (qeyri-idman hərəkəti), Murad Səttarlı, 88 (simulyasiya) - Xuan Fransisko, 81 (qeyri-idman hərəkəti), Ruslan Tağızadə, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
26 oktyabr 2012. Zaqatala. Şəhər stadionu. 3500 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 9. Marçin Burhard, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili (6. Anderson Olivyera, 83), 15. Stepan Polyak, 19. Nicat Qurbanov (21. Murad Səttarlı, 46), 25. Mario Bojiç, 79. Nenad Stoyanoviç (10. Zdravko Popoviç, 46).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (15. Oskar Klyava, 88), 11. Zohair Benuahi (37. Andrius Veliçka, 90+3), 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə, 16. Junior Nildo, 28. Artur Patraş (77. Arif İsayev, 82).
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 8. Elman Taqayev, 7. Cavid Tağıyev.
Baş məşqçi: Vaqif Sadıqov.
QƏBƏLƏ – TURAN - 0:1 (0:0)
Qol: A.Rukavina, 57 (0:1)
Matçın 57-ci dəqiqəsində Antonio Rukovina, 63-cü dəqiqəsində isə Yannik Kamanan penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Yannik Kamanan, 31 (qeyri-idman hərəkəti), Daniel Lopes Kruz, 56 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Murad Ağakişiyev, 29 (hakimə etiraz), Aleksandr Krutskeviç, 74 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Ruslan Zubkov, 83 (perspektivli hücumun qarşısını aldığına görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 oktyabr 2012. Qəbələ. Şəhər stadionu. 500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (22. Lourival Rodriqes Assis, 64), 15. Umar Kalabane, 18.Aleksandr Çertoqanov, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz (19. Rövşən Əmiraslanov, 60), 27. Rəşad Abdullayev (k) (8. Bruno Da Silva, 73), 84. Deyan Kelhar, 28. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Yaşar Abuzərov, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
Turan: 28. Andrey Popoviç, 5. Fərid Quliyev (19. Asəf Qədiri, 78), 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev (22. Salif Ballo, 56), 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü (23. İrakli Beraya, 70), 21. Antonio Rukavina, 24. Ruslan Zubkov, 25. Nuqzar Kvirtiya, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 15. Rəşad Piriyev, 16. Elmixan Məmmədov, 18. Seymur Tağıyev.
Baş məşqçi: Əfqan Talıbov.
XƏZƏR LƏNKƏRAN – QARABAĞ - 2:0 (1:0)
Qollar: D.Sialmas, 36 (1:0), D.Sialmas, 62 (2:0)
Sarı vərəqələr: Robert Alviz, 22 (qeyri-idman hərəkəti), Manuel Skarlatake, 28 (qeyri-idman hərəkəti), Ruslan Abışov, 65 (qeyri-idman hərəkəti) - Maksim Medvedev, 40 (perspektivli hücumun qarşısını kəsdiyinə görə), 52 (rəqibi əllə saxladığına görə), İlqar Qurbanov, 68 (rəqibi əllə saxladığına görə) – sarı.
Qırmızı vərəqə: Maksim Medvedev, 52 (rəqibi əllə saxladığına görə).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 oktyabr 2012. Lənkəran. Şəhər stadionu. 6000 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 6. Robert Alviz, 7. Sadio Tounkara (4. Akif Tağıyev, 90+2), 9. Branimir Subaşiç (55. Ağabala Ramazanov, 77), 11. Dimitrios Sialmas (17. Kazım Kazımlı, 85), 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 3. Vanderson Skarduelli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 99. Beto, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Yunis Hüseynov.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem (16. Elnur Abdulov, 72), 11. Rauf Əliyev, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 44), 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (9. Tural İsgəndərov, 83).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 33. Selim Mostafa, 88. Emin Mustafayev.
Baş məşqçi: Qurban Qurbanov.
RƏVAN – NEFTÇİ - 2:0 (1:0)
Qollar: N.Orlovski, 33 (1:0), X.M.Varela, 77-pen (2:0)
Sarı vərəqələr: Orxan Lalayev, 44 (qeyri-idman hərəkəti) - Flavinyo, 30 (hakimin qərarına etiraz), İqor Mitreski, 41 (qeyri-idman hərəkəti), Rəşad Sadiqov, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Namiq Hüseynov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov .
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
28 oktyabr 2012. Bakı. Bayıl Arena. 1000 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 7. Elvin Musazadə (10. Nemanya Vidakoviç, 53), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres (9. Vüsal Qarayev, 88), 22. Tofiq Mikayılov (15. Tural Cəlilov, 84), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 11. Şeriff Suma, 19. Hüseyn Axundov, 28. Amit Quluzadə.
Baş məşqçi: Kemal Alispahiç.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay (21. Kamil Nurəhmədov, 85), 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev (6. Rəşad Sadiqov, 46), 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə (16. Bruno Bertuççi, 46).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 7. Rodriqinyo, 26. Kərim Diniyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
| 1 | Simurq | 10 | 5 | 4 | 1 | 12 | 4 | +8 | 19 |
| 2 | Inter | 9 | 4 | 4 | 1 | 8 | 4 | +4 | 16 |
| 3 | Qarabağ | 10 | 3 | 5 | 2 | 12 | 11 | +1 | 14 |
| 4 | Turan | 10 | 4 | 1 | 5 | 10 | 13 | –3 | 13 |
| 5 | AZAL | 9 | 3 | 4 | 2 | 14 | 9 | +5 | 13 |
| 6 | Rəvan | 10 | 3 | 3 | 4 | 10 | 12 | –2 | 12 |
| 7 | Neftçi | 7 | 4 | 0 | 3 | 13 | 9 | +4 | 12 |
| 8 | XL | 9 | 3 | 3 | 3 | 12 | 8 | +4 | 12 |
| 9 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 9 | 17 | –8 | 11 |
| 10 | Qəbələ | 10 | 2 | 4 | 4 | 9 | 12 | –3 | 10 |
| 11 | Bakı | 8 | 1 | 6 | 1 | 7 | 6 | +1 | 9 |
| 12 | Kəpəz | 10 | 2 | 2 | 6 | 7 | 18 | –11 | 8 |
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
5 – Xuan Manuel Varela (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Riçard Almeyda (Qarabağ).
