28 oktyabr 2012 00:37

Manuel Skarlatake: Ümid edirəm ki, növbəti oyunda da başqa futbolçumuz dubl edər

“Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake Topaz Premyer Liqasının 10-cu turunun “Qarabağ”la oyunundan (2:0) azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:

- Yaxşı oyun alındı. Son üç oyunda qazandığımız nəticələr də ürəkaçandı – iki qələbə, bir heç-heçə. Bu 7 xal bizi həm də yeddinci pilləyə qaldırdı. Hər halda bir müddət öncə turnir cədvəlinin alt pillələrində olmağımızı nəzərə alsaq, heç də pis nəticə deyil.
 
- Hava şəraiti bu oyuna nə dərəcədə təsir göstərdi?
- Hava şəraiti çox pis idi. Amma bu, hər iki komandanın oyununa eyni dərəcədə təsir göstərdi. Çünki oxşar şərtlər altında mübarizə aparırdıq. İstənilən halda biz daha yaxşı futbol sərgilədik və lazım olan qələbəni əldə etdik. Şadam ki, Dimitris Sialmas iki qol vurmağı bacardı.
 
- “Xəzər Lənkəran” dubllarla qələbə qazanmağa başlayıb: öncə siz AZAL-a iki qol vurdunuz, indi də Sialmas “Qarabağ”la oyunda dubla imza atdı...
- Bu seriyanı davam etdirdiyimiz üçün şadam. Ümidvaram ki, növbəti oyunda da başqa futbolçumuz dubla imza atar və qələbə qazanarıq (gülür).
 
- Yeri gəlmişkən, növbəti turda sizi “Sumqayıt” sınağı gözləyir...
- Mən onların oyunlarını televizordan izləmişəm. Hiss olunur ki, bu komanda yeni mövsümdən daha yaxşı oynamağa başlayıb. Sumqayıtlılarla oyunda qələbə qazanmaq bizə çox çətin olacaq.
 
- Bu komanda favoritlərə qarşı xüsusi motivasiya ilə oynayır. Məsələn, “Neftçi” (3:2) və “Bakı” üzərində qələbə qazanıblar...
- “Sumqayıt”ın adi komanda olmadığını inkar edə bilmərəm. Yəqin ki, onlar favoritlərlə görüşə xüsusi köklənirlər və nəticə qazanırlar.
 
- Kamran Ağayevin komandadan gedişi barədə siz nə düşünürsüz?
- Düzünü deyim ki, mən nə baş verdiyini dəqiq bilmirəm. Təəssüf ki, azərbaycanca bilmirəm. Ona görə də baş verənləri başa düşə bilmirəm. Bu sualınıza da cavab verə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.