29 oktyabr 2012 12:46

Əfqan Talıbov: Turan ilk altılığa düşsə, oyunçular yaxşı mükafat alacaqlar

“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 10-cu turunun “Qəbələ” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” ilə oyunda qələbə qazanacağınızı gözləyirdiniz?
- AZAL üzərindəki qələbədən sonra komanda uğurlu çıxışını davam etdirmək istəyirdi. Bilirdik ki, bu dəfə daha çətin olacaq. Amma biz rəqibi üstələməyi bacardıq. İlk yarıda üstünlük bizdə deyildi. Amma Dodo və Rəşad Abdullayevi xüsusi diqqət altında saxlamağa çalışırdıq. Çünki bu komandanın oyunu böyük ölçüdə onların çıxışından asılıdı. Qələbə qazandıq. Amma komandada hələ də çoxlu problemlər var. “Turan”ın bu iki qələbəsi hələ heç nədən xəbər vermir.
 
- Bəlkə son oyunlarda bəxtiniz gətirir...
- Uğur qazanmaq üçün təkcə bəxt yox, çox amil lazımdı. “Qəbələ” ilə oyundan öncə biz heç-heçəyə də razı idik. Amma şans düşdü, istifadə etdik və qalib gəldik. Əgər ilk qolu “Qəbələ” vursaydı, bizim qələbə qazanmaq şansımız qalmayacaqdı.
 
- Əfqan Talıbovun gəlişindən sonra “Turan”da nə dəyişib?
- Bu barədə siz jurnalistlər danışa bilərsiz. Mən sadəcə sabit heyət, oyun qurmağa çalışıram. AZAL və “Qəbələ” ilə oyunlara eyni heyət çıxarmışdım. Həmin heyəti “Rəvan”la da görüşə çıxaracam.
 
- “Rəvan”la oyuna hansı hədəflə çıxacaqsız?
- “Rəvan” yaxşı komandadı. Amma biz daha bir sürprizə imza atmaq istəyirik. İki ardıcıl qələbədən sonra heç-heçəyə oynaya bilmərik. “Rəvan”la oyunda qələbəyə köklənəcəyik. Çünki hazırda komandada əla atmosfer hökm sürür.
 
- “Rəvan”ın “Neftçi” ilə oyununa baxmısız?
- Bəli. “Neftçi” sürətli oyun sərgiləyə bilmədi. Hiss olunurdu ki, “Rubin”lə oyunda çox güc itiriblər. Azərbaycan klubları üç-dörd gündən bir oynamağa hazır deyillər.
 
- “Turan”ın qarşısında duran hədəflər nədən ibarətdi?
- “Turan”da hazırda çoxlu problemlər var. İlk növbədə onları həll etmək lazımdı.

- Maliyyə problemləri?
- Xeyr. Maliyyə problemimiz yoxdu. Amma büdcəmizin böyük olmadığını da deməliyəm. “Turan” ilk altılığa düşmək istəyir. Daha sonra isə avrokuboklara vəsiqə barədə düşünmək olar.
 
- Elə isə hansı klubları ilk altılıqdan sıxışdırıb çıxarmaq istəyirsiz?
- Bu suala cavab verə bilmərəm. Hazırda “Bakı” və “Xəzər Lənkəran” o qədər də yaxşı təsir bağışlamır. Amma əminəm ki, onlar medallar uğrunda mübarizə aparacaqlar. Bizə gəlincə, hadisələri qabaqlamığımız düz olmazdı. Bircə məğlubiyyət planlarımızı korlaya bilər.
 
- “Turan” bütün mövsüm boyu belə çıxış edə biləcək?
- Oyunçulara da deyilib ki, əgər komanda ilk altılığa düşsə, yaxşı mükafat alacaqlar. Rəhbərlik komandanın qarşısında müəyyən vəzifə qoyub. Biz də ona nail ola bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.