29 oktyabr 2012 13:25
Qurbanovdan altı oyuna cəmi bir düzgün proqnoz
Azərbaycanlı futbol mütəxəssisi Musa Qurbanovun Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı proqnozlarından yalnız biri özünü doğruldub. Azerisport.az xəbər verir ki, o, sadəcə “Bakı” – “İnter” görüşünün nəticəsini öncədən düzgün təxmin etmişdi.
Nəticədə, bu qarşılaşma məhz Qurbanovun dediyi kimi, heç-heçə (0:0) başa çatdı. Amma onun digər beş oyunla bağlı proqnozlarından heç biri özünü doğrultmayıb.
