29 oktyabr 2012 13:34
C kateqoriyalı məşqçi kursları keçiriləcək
Dekabrın 18-dən 26-dək AFFA tərəfindən C kateqoriyalı məşqçi kursları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, kurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
Kurslarda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Qeyd edək ki, kurslarda yerlər məhdud olduğu bildirilir. Sənədlərini ilk təqim edən 18 nəfər bu kurslarda iştirak edə biləcək.
