29 oktyabr 2012 15:10
Azərbaycanın Avstriya ilə oyunu təxirə salındı (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxmalı idi. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-17 millisi startda Avstriya ilə qarşılaşacaqdı.
Lakin görüş təxirə salınıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Həmin məlumatı olduğu kimi, diqqətinizə çatdırrıq:
"17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb. Avstriya - Azərbaycan oyunu oktyabrın 30-da, İsveç - Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək. Oyunların başlanma vaxtında dəyişiklik edilməyib. Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın çıxış edəcəyi 6-cı qrupun oyunları Avstriyada təşkil olunub".