29 oktyabr 2012 14:59
AEK-in futbolçusu qolunu Xəzər Lənkəranın forvardına həsr etdi (FOTO, VİDEO)
Yunanıstanın AEK klubunun yarımmüdafiəçisi Taksiarxis Funtas “Platanias”la görüşdə vurduğu qolu “Xəzər Lənkəran”ın hücumçusuna həsr edib. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 17 yaşlı oyunçu qarşılaşmada vurulan yeganə qolu bayram edərkən kameraya doğru qaçaraq “11” nömrəsini işarə etməklə məhz “Xəzər Lənkəran”da çıxış edən keçmiş komanda yoldaşı və dostu Dmitrios Sialması xatırlayıb. Futbolçu oyundan sonra bunu təsdiqləyib: “Bu qolumu Azərbaycanda, “Xəzər Lənkəran”da çıxış edən dostum Sialmasa həsr edirəm”.
Maraq üçün qeyd edək ki, bu oyundakı qələbə AEK-in Yunanıstan çempionatının geridə qalan 8 turunda ilk zəfəri olub. Sialmasın keçmiş klubu hazırda sonuncu pillədə qərarlaşıb.
