29 oktyabr 2012 11:05

Mövsümün rekordçusu bəlli oldu

Bakının “İnter” klubu Topaz Premyer Liqasının 2012/13-cü il mövsümünün rekordçusu olub. Azerisport.az xəbər verir ki, 10-cu turun “Bakı” ilə keçirilən qarşılaşmasında (0:0) qol buraxmayan “bankirlər” ardıcıl 5-ci qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
 
Kaxaber Tsxadadzenin yetirmələri sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxıb. Həmin görüşün 84-cü dəqiqəsində Georgi Lomayanı məyus edən Azər Məmmədov hələlik “İnter”in qapısına qol vuran sonuncu futbolçudu.
 
Mövsümün rekordu
 
Ardıcıl 5-ci quru oyununu keçirən “İnter” cari mövsümün “Simurq”a məxsus rekordunu arxada qoyub. Belə ki, zaqatalalılar ardıcıl 4 matçda qol buraxmamışdı. Onlar 2-5-ci turlarda qapısını toxunulmaz saxlamışdı.
 
Petrkeviç hələ də zirvədə
 
Lakin “Simurq” klubunun qapıçısı David Petrkeviçə məxsus mövsümün fərqli rekordu hələ də qırılmayıb. Belə ki, 380 dəqiqə boyu komandasının qapısını toxunulmaz saxlayan polşalı legionerdən fərqli “İnter”in seriyasını 1 deyil, 2 qapıçı davam etdirib. Quru oyunlardan 3-də Georgi Lomaya, 2-də Revaz Tevdoradze qapıda durub. Bu isə o deməkdi ki, son qolu buraxan Lomayanın seriyası 366 dəqiqəyə çatıb. Revaz isə hələ də ölkəmizdə qol buraxmayıb. Georginin Davidin rekordunu qırması üçün cəmi 15 dəqiqə lazımdı.
 
Tarixdə 3-cü dəfə
 
“İnter”in ardıcıl 5 oyun qapısından qol buraxmaması təkcə mövsümün deyil, həm də klubun öz rekordudu. Belə ki, nə 2004-cü ilə kimi “Xəzər Universiteti”, nə də həmin vaxtdan “İnter” olan komanda bundan artığını bacarmayıb. Bakılılar 2004/05 və 2007/08 mövsümlərindəki ən uzun quru seriyalarında da indiki kimi 5 matç qapısını toxunulmaz saxlayıb. 5 ildən sonra rekordunu növbəti dəfə təkrarlayan “İnter” artıq növbəti turda klub tarixinin yeni nailiyyətinə imza ata bilər.
 
Maraqlıdı ki, indi olduğu kimi əvvəlki 5 matçlıq seriyalar da 1 deyil, bir neçə qapıçının əməyi sayəsində mümkün olmuşdu. 2004/05 mövsümündə 19-23-cü turlarda Vitali Varivonçik və Konstantin Qusev 484, 2007/08 mövsümündə 8-12-ci oyunlarında Svilen Semyonov, Elxan Həsənov və Cahangir Həsənzadə ümumilikdə 495 dəqiqə “İnter”in qapısını “kilidləmişdi”. İndi isə bu seriya 456 dəqiqəyə bərabərdir. Dəqiqə baxımında ən uzun seriyanın müəyyənləşməsinə isə 40 dəqiqə də kifayətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.