29 oktyabr 2012 11:38
AFFA-nın baş katibi UEFA-nın tədbirində iştirak edəcək
Bu gün və sabah - oktyabrın 30-da, İsrailin Təl-Əviv şəhərində müxtəlif milli assosiasiyaların prezident və baş katiblərinin iştirakı ilə UEFA-nın "TopExecutive" proqramı çərçivəsində dəyirmi masa keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə ölkəmiz də təmsil olunacaq.
Belə ki, AFFA-nın baş katibi Elxan Məmmədov sözügedən mərasimdə iştirak edəcək.
