29 oktyabr 2012 11:51
Millimizin rəqibi Belarus ilə qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparan İsrail yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, israillilər noyabrın 14-də yoldaşlıq oyunu keçirəcəklər.
Millimizin rəqibi Yerusəlimdəki "Teddy Stadum"da Belarus yığması ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 20:35-də başlayacaq.
