29 oktyabr 2012 00:32
“Azərbaycan millisinin növbəti mərhələyə adlamaq şansı qalır”
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Gürcüstan – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu cür çətin hava şəraitində, belə meydançada yaxşı futbol oynamaq çətindi. Bizim də, Gürcüstan yığmasının da qələbə qazanmaq imkanı vardı. Amma hər iki komanda istədiyi futbolu nümayiş etdirə bilmədi. Son tur ərəfəsində bütün komandaların növbəti mərhələyə yüksəlmək şansı qalır. Amma belə hava şəraitində komandaların hamısı üçün oynamaq çətin olacaq”.
