30 oktyabr 2012 12:51
AFFA Maksim Medvedevin cəzasını açıqladı, Simurqu cərimə etdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – AZAL matçın 89-cu və 90+4-cü dəqiqələrində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Maksim Medvedev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
