30 oktyabr 2012 13:02
Kəpəz İnterlə duelə hazırdı
Topaz Premyer Liqasının 11-ci turunun “İnter”lə oyunu üçün artıq Bakıda olan “Kəpəz” oyunun keçiriləcəyi “Şəfa” stadionunda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, arenanın əsas meydançasında reallaşan hazırlıq prosesi 1 saat sürüb.
Zədəlilərdən paytaxtda aparılan Nikolay Svejentsev məşqi kənardan izləyib. Gəncədə fərdi qaydada hazırlaşan Armando Feutçin komanda yoldaşları ilə birgə ümumi məşqlərə qoşulub. Daha bir zədəli futbolçu Fərid Həşimzadə isə Gəncədə, klubun bazasında qalıb. Məşqçilərin tövsiyyəsinə əsasən müdafiəçi yüngül qaçışla kifayətlənir.
