30 oktyabr 2012 19:45
Azərbaycan məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-17 millisi startda Avstriya ilə qarşılaşıb.
Qeyd edək ki, əslində bu görüş ötən gün keçirilməli idi. Amma hava şəraiti ilə əlaqədar olaraq, qarşılaşma bu günə keçirilib. Maraq üçün qeyd edək ki, qrupumuzun oyunlarına məhz Avstriya ev sahibliyi edir. Bu üzdən də oyunun komandamız üçün ikiqat çətin keçəcəyi şübhəsiz idi. Gözlənildiyi kimi, meydan sahibləri asan qələbəyə seviniblər.
Bu gün 6-cı qrup çərçivəsində daha bir görüş baş tutub. Yığmamızın digər rəqibləri – İsveçlə Xorvatiya üz-üzə gəlib. İsveçlilər rəqibini top atəşinə tutub - 9:0.
AÇ-nin ilkin seçmə mərhələsi
6-cı qrup
30 oktyabr
AVSTRİYA – AZƏRBAYCAN - 4:1 (2-ci hissə)
Qollar: Billa, 23 (1:0), Mayerhofer, 30 (2:0), Aufhauser, 66 (3:0), Dunst, 68 (4:0), Qanqadze, 79 (4:1).
Baş hakim: Virjini Derou (Belçika).
Purbax-am-Se. Purbax idman mərkəzi.
Oyun başladı
1. Şvartsmüllerin zərbəsi qapıdan yan keçir
4. Oyunda vurulan ilk korner vuruşu zamanı Şvartsmüllerin zərbəsi dəqiq olmur
6. Komandamızın da ilk korner vuruşu bəhrəsiz qalır
13. Dunstun zərbəsi qapıdan yan keçir
19. Dunstun təhlükəli zərbəzi zamanı qapıçımız inamlı oyunu ilə komandamızı qoldan xilas edir
23. Şvartsmüllerin ötürməsini Billa tora qovuşdurur - 1:0
26. Dunstun vuruşunda top qapıdan yan keçir
27. Millimizin heyətində dəyişiklik: S.Qurbanova yerini A.Əliyevaya verir
28. Şvartsmüllerin zərbəsini qapıçımız dəf edir
30. Mayerhofer növbəti dəfə komandamızı məyus edir - 2:0
33. Billanın növbəti qolu vurmasına Şərifova mane olur
34. Avstriyalıların korner vuruşu zamanı hər şey yığmamız üçün yaxşı bitir
39. Şvartmülleri Leytner əvəzləyir
40+1. Avstriyalıların korner vuruşu zamanı komandamız müdafiədə diqqətli oynayır
40+2. Dunstun zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatdı
49. Əliyevanın zərbəsi qapıdan aralı keçir
57. İltər sarı vərəqə ilə cəzalanır
59. Dunstun zərbəsini Şərifova dəf edir
62. Knausederi Kislik əvəzləyir
63. Hacıyevanın əvəzində meydana D.Hacıyeva çıxır
65. Aufhauser də sarı vərəqə alır
66. Billanın ötürməsini Aufhauser tora qovuşdurur - 3:0
68. Dunst komandamızı növbəti dəfə mərkəzə dəvət edir - 4:0
76. Leytnerin zərbəsi qapıdan yan keçir
78. Bernanı Xəlilova əvəzləyir
79. Danqadze komandamızın təsəlli qoluna imza atır - 4:1
Matç başa çatdı
AVSTRİYA: 1. Yasmin Pal, 3. İrina Vurzinger, 7. Barbara Dunst, 9. Katarina Nasçenvenq, 10. Katarina Aufhauzer, 11. Nikole Billa, 14. Valentina Şvartsmüller, 15. Sofie Mayerhofer (k), 16. Simone Krammer, 17. Teresa Knauseder, 18. Karina Mahr.
Ehtiyat oyunçular: 12. Katarina Lixtenberger, 2. Anna Malle, 4. Mariya Hasler, 5. Nikole Konrat, 6. Marina Georgiyeva, 8. Annelie Leytner, 13. Yohanna Kislik.
AZƏRBAYCAN: 1. Aytac Şərifova (k), 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Sevinc Qurbanova, 9. Canan Berna, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İlter, 16. Melis Sarıaltın, 17. Süsən Mənsimova, 18. Diana Hacıyeva.
Ehtiyat oyunçular: 12. Mədinə Xələfova, 3. Gülənbər Qasımova, 4. Jalə Məmmədova, 5. Kader Alimova, 8. Suğra Xəlilova, 13. Aysun Əliyeva.
