30 oktyabr 2012 13:27
Berti Foqts Neftçinin Rubin ilə oyununu canlı izləyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yenidən Bakıya gəlir. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis gələn həftə Azərbaycan paytaxtında olacaq.
O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan çempionu “Neftçi” ilə Rusiya “Rubin”i arasındakı oyunu canlı izləyəcək.
Qeyd edək ki, sözügedən görüş noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
