30 oktyabr 2012 13:36
Ramiz Məmmədov: Qəbələ ilk altılıqda olacaq
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 11-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ”nin son turda “Turan”a məğlubiyyətinə nə səbəb oldu?
- Mən komandamdan belə oyun gözləmirdim. Birinci hissədə hər şey normal idi. Amma qol vəziyyətlərindən yararlana bilmədik. Ən azı 3-4 epizodda qol vurmağa yaxın idik. Futbolda da vurmayana vurarlar. Bizim bu görüşdə sadəcə bəxtimiz gətirmədi. Amma eyni zamanda “Turan”a hörmət etdiyimi də vurğulamaq istərdim. Əfqan Talıbovun orda apardığı işə də kölgə salmaq fikrim yoxdu.

- Futbolçular bu məğlubiyyətə görə cəzalandırıldılar?
- Əgər bu, olsa da belə, mənimlə oyunçularım arasında qalır. Biz bu barədə mətbuata məlumat vermirik. Bu gün mən bir saytda oxudum ki, bütün futbolçulara noutbuklardan istifadə etmək qadağan olunub. Amma biz bu təcrübədən çoxdan yararlanırıq. Özü də bunu sadəcə oyunlardan bir gün öncə edirik. Hətta telefonla danışıqlarda da müəyyən qadağalar var. Məsələn, avtobusda, nahar yeməyində telefonla danışmaq qadağandı.

- Futbolçuların maaşlarının gecikməsi barədə də xəbərlər yayılmaqdadı...
- “Qəbələ”də heç vaxt maliyyə problemləri olmayıb. Hamı 10 gün əvvəl öz məvaciblərini alıb.
- “Turan”a məğlubiyyət sizə nə öyrətdi?
- Biz başa düşməlyik ki, çempionatda zəif komanda yoxdu. Hər bir komanda sürprizə imza ata bilər. İndi bircə çıxış yolumuz var: “Qarabağ”ı məğlub etmək. “Qəbələ” ancaq bu oyunu düşünməlidi. Bütövlükdə isə biz qol vəziyyətlərindən daha çox yararlanmağın yollarını tapmalıyıq. Az qol vəziyyəti yaradaq, amma çox qol vuraq.

- Komandanızın “Qarabağ”la oyunda şanslarını necə qiymətləndirirsiz?
- “Qarabağ” mənim həmişə təriflədiyim komandalardandı. Onlar çox baxımlı futbol sərgiləyirlər. Hətta uduzduqları oyunlarda da sona qədər mübariz aparırlar. Amma bizə üç xal lazımdı. Bütün futbolçularımız bu oyunun vacibliyini başa düşürlər.

- “Qəbələ”nin ilk altılığa düşmək şansları barədə nə deyə bilərsiz?
- Qarşıda çoxlu vacib oyunlar var. Liderlər bir-birindən o qədər də geri qalmırlar. Qış fasiləsindən sonra mübarizə daha da gərinləşəcək. Əminəm ki, mübarizə son tura qədər davam edəcək. Görəcəksiz, biz ilk altılıqda olacağıq.