30 oktyabr 2012 13:51
“Xəzər Lənkəran Yunis Hüseynovla yollarını ayırmağı düşünmür"
“Xəzər Lənkəran” baş məşqçisi Yunis Hüseynovla yollarını ayırmağa hazırlaşmır. Azerisport.az xəbər verir ki, işləri heç də yaxşı getməyən “ağ-yaşıllar”ın Hüseynovu istefaya göndərəcəyi, onu ya Cavat Gülər, ya da Metin Diyadinlə əvəzləyəcəklərinə dair məlumatlar yayılmaqdadı.
Amma cənub klubunun rəsmiləri bu xəbərləri təkzib edib. Klubun icraçı-direktoru Höccət Hacıyevi dinləyək:
“Xəzər Lənkəran”ın baş məşqçisini dəyişəcəyinə dair xəbərlər yayılıb. Mən rəsmi olaraq bəyan edirəm ki, biz Yunis Hüseynovu tam olaraq dəstəkləyirik. Baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz. “Xəzər Lənkəran” bu haqda düşünmür. Hüseynov bizimlə işləməyə davam edəcək. Hətta qışda da hansısa dəyişiklik etməyi düşünmürük”.
